Növbəti görüşümüz Füzuli rayon Əhmədbəylii kəndinin sakinləri ilə oldu. Görüş zamanı 15-dən çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı yerində qərarlar qəbul etdik.
Tezadlar.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov özü sosial media hesabında bildirib.
“Həmyerlilərimizin müraciətləri kommunal xidmətllər, yol təmiri, mənzil təminatı, məşğulluq, bank kreditləri, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”, – deyə deputat qeyd edib.
Y.Məmmədli