…Verdiyim müsahibədə demişdim ki, yaşlı kişilərin cavan qızlarla münasibəti pedofiliyadan fərqlənmir: bu, psixoloji bir xəstəlikdir. Eləcə də yaşlı qadınların gənc oğlanlarla münasibəti.
Tezadlar.az xəbər verir ki, bu sözləri müğənni
Nura Suri sosial media hesabında bildirib.
“Bütün sosial media Epşteyn işi ilə silkələnir. Hamı elə təəccüblənir ki, guya indiyə kimi ilk dəfədir belə xəbərləri eşidir. Halbuki real hadisələr əsasında nə qədər filmlər çəkilib – Koreya, Çin, Kolumbiya, Türkiyə və sair ölkələrdə uşaq oğurluğu və cinsi istismar mövzusunda.
Bizdə guya yoxdur? Elə bir neçə ay əvvəl 4 yaşlı uşağın başına gələnlər, Nərminin hadisəsi nə tez yaddan çıxdı. Kəmalə Ağazadənin sığınacağında zorakılığa məruz qalan uşaqların sayını bilirsinizmi? Sığınacağa gələn uşaqların əksəriyyəti zorakılığa məruz qalanlardır.
Susan, səsini duyura bilməyən, dərdini deməkdən çəkinən, utanan nə qədər uşaq və yeniyetmə var. Bir ətrafınıza baxın. Hələ nə qədər də əxlaqsız var ki, pulu ilə istədiyini satın ala bilir. Elələri ki, tanıyırsınız amma yaltaqlanmaqdan başqa söz deyə bilmirsiniz.
Ona görə də hər dəqiqə bir post paylaşıb guya nəsə yaxşı iş görürsünüzmüş kimi özünüzü reklam etməyin. Bezdik – adını yazmaq istəmədiyim insanların xəbərlərini görməkdən”, – deyə o qeyd edib.
Qeyd edək ki, istintaqın fikrincə, dünya elitasının ən yüksək dairələrinə daxil olan Cefri Epşteyn onilliklər ərzində geniş miqyaslı insan alveri şəbəkəsi qurub. 2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib. Lakin bir çoxları hesab edir ki, onu öldürüblər. Buna səbəb isə onun gizli adasında baş verənlər və onların detallarını açıqlamaması olub.
Həmçinin məlumatlara görə, çoxlu sayda məşhurun, siyasətçinin əlaqəsinin olduğu Cefri Epşteyn, hətta Donald Trampı da gələcək həyat yoldaşı Melaniya ilə o zamanlar tanış edib…
Meleniya özü bunu etiraf edib. Melaniya Epşteyn ilə 2005-2006-cı illərdə model işləyərkən əməkdaşlıq edib. O, həbsindən bir həftə sonra, 12 iyul 2019-cu ildə FTB-yə Epşteyn işi üzrə ifadə verib. Dindirmə zamanı o bildirib ki, Epşteyn onun Trampla ilk görüşünü təşkil edib.
JASMİN