13 Fevral 2026 / 12:51

“Məşhur Rokfellerlər ulu babamla ortaq olublar…”

İlk dəfə Balaxanıda neft çıxaran ulu babam olub. Məşhur Rokfellerlər ulu babamla ortaq olublar və onun atası Haşimi onlara torpaq verib…”

Bunu “Təzadlar” qəzetinə verdiyi müsahibədə Bakı milyonçusu Hacı Sultan Əli Haşiminin nəticəsi Rəna Əliyeva (Haşimi)  bildirib. Rəna xanım Azərbaycan vətəndaşıdır və hazırda Türkiyədə yaşayır.

O, ulu babaları ilə bağlı bütün faktları arxivdən əldə etdiyini bildirib. Onun sözlərinə görə,  Bakıda ilk telefon xətti də Hacı Sultan Əli Haşimi üçün çəkilib:

“İlk dəfə Balaxanıda neft çıxaran ulu babam olub. Məşhur Rokfellerlər ulu babamla ortaq olublar. Hətta onlara torpağı da ulu babamın atası Haşimi verib – orda neft çıxarmaq üçün şərait yaradıb. Əldə etdiyim sənədlərə əsasən, ulu babam Hacı Sultan Əli 1851-ci ildə Balaxanıda doğulub, 1927-ci ildə vəfat edib. Sultanəli Haşimi və Kərbəlayi Loğman babalarımın adları 1910-cu ildə Çar hökumətinin Balaxanı kəndinin fəxri vətəndaşları siyahısındadır (32 nəfərlik siyahını – sənədin surətini göstərir.RED.). Bakıda ilk telefon xətti də babam üçün çəkilib. Bunu sənəddəki siyahıdan görmək olur: Hacı Sultan Əlinin telefon nömrəsi – 1. 11. Rusların dövründə Haşimi familya kimi Aşumov adlandırılıb”.

Aşağıda telefon nömrələri olan sənədin surəti təqdim edilir:

sultan telnom

Daha ətraflı linkdə;Milyonçu Haşiminin nəticəsindən şok ittiham: “Babamın məktəbində küftəxana açıblar”

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!