13 Fevral 2026 / 13:34

“Məscid ulu babam Sultan Əli tərəfindən Məhəmməd Peyğəmbərin adına tikilmişdi”

Mən uşaqlıqda Hacı Sultan Əlinin qızı Əminə xanımın, bacısı Sona xanımın yanında yaşamışam. Ətrafımda olan insanlar mənə «şahzadəmsən, sultanımsan” deyərək əzizləyərdilər.

Bunu “Təzadlar” qəzetinə verdiyi müsahibədə Bakı milyonçusu Hacı Sultan Əli Haşiminin nəticəsi Rəna Əliyeva (Haşimi)  bildirib. Rəna xanın hazırda Türkiyədə yaşayır.

“Əlbəttə, mən uşaqdım, mənasını anlamırdım. O zamanlar belə sözləri dilə gətirməyə belə qorxardılar. Əminə xanım mənə “sən sultan nəvəsisən “ deyərdi və sonra da əlini dodağının üstə qoyaraq susmağı işarə edərdi. O, tibb fakültəsini bitirmişdi, həkim işləyirdi (Amma heç zaman ailə qurmadı. Səbəbi isə kiçik qardaşı Mövsüm Haşiminin 1939-ci ildə müharibədən geri qayıtmaması olub). Həmin dövrdə qorxudan ulu babalarımıza məxsus şəkillərin, sənədlərin çoxu yandırılaraq məhv edilmişdi.

Biz uşaqlıqdan Ləhiş bağlarında böyüdük. Yəni, babama məxsus sarayımızda – malikanəmizdə. Əvvəllər həmin ərazi Kürdəxanı sayılırdı. Qəbiristanlığın yanında isə məscid vardı. Məscid də ulu babam tərəfindən Həzrəti Məhəmməd Peyğəmbərin (s) adına tikilmişdi. Kitabəsinin üzərində ərəbcə “Pənci ali əba” yazılmışdı. Mənası “Həzrəti Məhəmmədin əbasının altında – Həzrəti Məhəmməd (s), Həzrəti Fatimə xanım, Həzrəti Əli və onların övladları  İmam Həsən və İmam Hüseyn” deməkdir:

“Sovet dövründə bütün bu ərazilər “Bağlar massivi” kimi paylanılıb, hətta məzarlığın da böyük bir hissəsi… Təəssüf ki, həmin insanlar buranın qəbiristanlıq olduğunu belə nəzərə almadan traktorla qəbir daşlarını dağıtdılar və burada bağ saldılar. O insanlar sonradan həyatlarında xoşagəlməz hadisələr yaşadılar. Oranı dağıdanlar indi bu dünyada yoxdurlar. Nəriman kişi vardı. Bir dəfə mənə təəssüfləndiyini etiraf etdi və bildirdi ki, böyük bir səhvə yol verib və nəticədə, sonralar iki oğlunu itirib… Ümumiyyətlə, çox faciələr yaşanıb: birini elektrik cərəyanı vurub, iki qardaş məscidin qırını oğurlayıblar və qıra düşüb ölüblər və s”, – deyə qeyd edib.

Daha ətraflı linkdə;Milyonçu Haşiminin nəticəsindən şok ittiham: “Babamın məktəbində küftəxana açıblar”

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!