16 Fevral 2026 / 13:36

“MediHall Hospital”dakı ölüm hadisəsi araşdırılır – həm nazirlikdə, həm də prokurorluqda

Xəbər verdiyimiz kimi,  “Medi Hall” hospitalda  bədən şəkilləndirmə əməliyyatı etdirən qadın həyatını itirib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (SN AEM) fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktına münasibət bildirib.

Tezadlar.axəbər verir ki,  AEM-dən bildirilib ki, hadisə ilə bağlı araşdırmalar başlayıb:

“Medi Hall” hospitalla bağlı səlahiyyətimizə aid olan bütün məsələlər SN AEM tərəfindən ciddi araşdırılır”.

Həmçinin Baş Prokurorluğun Mətbuat xidmətinin də məlumatına görə, Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!