Xəbər verdiyimiz kimi, “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı etdirən qadın həyatını itirib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (SN AEM) fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktına münasibət bildirib.
Tezadlar.az xəbər verir ki, AEM-dən bildirilib ki, hadisə ilə bağlı araşdırmalar başlayıb:
“Medi Hall” hospitalla bağlı səlahiyyətimizə aid olan bütün məsələlər SN AEM tərəfindən ciddi araşdırılır”.
Həmçinin Baş Prokurorluğun Mətbuat xidmətinin də məlumatına görə, Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.







