Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“PASHA Holding” MMC-də yeni təyinat olub.
Tezadlar.az xəbər verir ki, Vahidə Rzayeva “PAŞA Holding”in İnsan Resursları və İnzibati işlər departamentinə direktor təyin edilib.
O, 2023-2024-cü illərdə “AzerGold QSC”də İnsan Resursları direktoru olaraq çalışmış, 2011-2022-ci illərdə “Azercell Telekom” MMC-də Təşkilati İnkişaf və Transformasiya Eksperti vəzifəsini icra etmişdir. “PASHA Holding” də fəaliyyətinə 2024-cü ildən başlamışdır.
Vahidə Rzayeva bakalavr təhsilini Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət İdarəçilik Akademiyasında İdarəetmə ixtisası üzrə (2007-2011), magistr təhsilini isə Georgia State University (ABŞ) və Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlığında Əməliyyatların İdarəedilməsi ixtisası üzrə (2011-2013) tamamlayıb./banker.az