Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Səttar Bəhlulzadə küçəsində asfaltlanma işlərinə start verilib.
Əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə rayonun Bülbülə qəsəbəsindəki Səttar Bəhlulzadə küçəsində asfalt örtüyü salınıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Suraxanı rayonu Bülbülə bələdiyyəsinin sədri Nəsib İsmayılov məlumat verib.
Qəsəbədə görülmüş işlərlə bağlı açıqlama verən N.İsmayılovun sözlərinə görə, Səttar Bəhlulzadə küçəsində 2 kilometr asfalt örtüyü salınıb.
Görülmüş işlər barədə fikirlərini öyrəndiyimiz qəsəbə sakinləri Bülbülə bələdiyyəsinin sədri Nəsib İsmayılov, sədr müavini Natiq Həsənov və Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Seyfullayevdən razılıqlarını ifadə ediblər.
CEYHUN