Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Fevral 2026 / 08:20

“Ukrayna NATO-ya qoşulmaq üçün lazım olan hər şeyi edib”

“Ukrayna NATO-ya qoşulmaq üçün lazım olan hər şeyi edib. Lakin son qərarı Alyansa üzv ölkələr verəcək”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Zelenski ABŞ-ın nə əvvəlki administrasiyasının, nə də indiki administrasiyasının Ukraynanı NATO-da görmədiyini vurğulayaraq bildirib ki, bu, gələcəkdə bunun baş verməyəcəyi anlamına gəlmir. Sitat: “Qərar vermək bizdən asılı deyil. Biz artıq etməli olduğumuzu etmişik. Biz artıq NATO-ya qoşulmağa və bütün müttəfiqlərimizi gücləndirməyə hazır olduğumuzu demişik. Başqa nə edə bilərik? Heç nə. İndi top tərəfdaşlarımızın; NATO ölkələrinin meydançasındadır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!