19 Fevral 2026 / 18:40

Kino Agentliyi rəqabətli sistemə keçir

Kino Agentliyinin apardığı proses dövlət monopoliyası yanaşmasından özəl sektorun rəqabətliliyini artıran sənaye istehsalı mexanizminə keçidə xidmət edir.

Tezadlar.az xəbər verir ki, bunu müsahibəsində Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq, bu gün kino layihələri yalnız “Azərbaycanfilm” kinostudiyası tərəfindən həyata keçirilirmir, özəl sektorlarla birgə reallaşdılır.

“Bu isə kino sənayesi sahəsində daha çevik idarəetmə modelinin tətbiqinə şərait yaradacaq, həmçinin sağlam rəqabət təmin olunacaq. Yəni bu proseslər dövlət monopoliyası yanaşmasından özəl sektorun rəqabətliliyini artıran sənaye istehsalı mexanizminə keçidə xidmət edir, biz buna nail olmaq istəyirik”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!