Əsas məzmuna keç

Avropa İttifaqı sülh sazişi üçün şərtlərini açıqladı

Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə istənilən plan işləmək üçün Avropa İttifaqının (Aİ) dəstəyini tələb edəcək.

Tezadlar.az-ın yerli bürosunun məlumatına görə, bunu Aİ-nin xarici işlər xidmətinin rəsmi nümayəndəsi Ənvər Əl-Ənuni Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın təşkilata üzv dövlətlərə göndərdiyi məktubla bağlı suala cavabında bildirib.

KİV-in məlumatına görə, məktubda Avropa İttifaqının Ukrayna üzrə mümkün sülh sazişlərinə dair şərtləri, o cümlədən Belarusda, Ukraynada, Moldovada, Gürcüstanda və Ermənistanda Rusiyanın hərbi iştirakının və qoşunların yerləşdirilməsinin qadağan edilməsi tələbi əks olunub.

Əl-Ənuni vurğulayıb ki, Kallasın yanaşması Aİ-nin ittifaq daxilində təhlükəsizlik və sabitliyin təmin edilməsi maraqlarına əsaslanır.

Onun sözlərinə görə, Brüssel Rusiyanın sülhə hazır olduğunu təsdiqləyən səmimi öhdəliklər görmək istəyir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…