20 Fevral 2026 / 03:47

Tokayev Trampın adına xüsusi mükafat təsis etməyi təklif etdi

Tokayevin sözlərinə görə, Tramp sülhün bərqərar olması missiyasını uğurla yerinə yetirmək üçün unikal mövqedədir

19 fevralda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Sülh Şurasının ilk iclasında Amerika lideri Donald Trampın adına xüsusi mükafat təsis etməyi təklif etdi.

“Mən prezident Trampın sülh quruculuğundakı görkəmli səylərini və nailiyyətlərini nəzərə alaraq onun adına xüsusi Sülh Şurası mükafatı təsis etməyi təklif etmək istərdim”, – Tezadlar.az xəbər verir ki, xarici media onun sözlərini sitat gətirib.

Tokayevin sözlərinə görə, Tramp dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olması missiyasını uğurla yerinə yetirmək üçün unikal mövqedədir.

10 yanvarda Tramp dayandırdığı hər bir münaqişəyə görə ona Nobel mükafatı verilməsini tələb edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!