Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Birliyi (Aİ) ölkələrinin Rusiya əleyhinə sanksiyalardan itkiləri 1,5 trilyon avrodan 2 trilyon avroya qədərdir.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko “İzvestiya”ya bildirib.
O, xatırladıb ki, 2013-cü ildə Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi təxminən 420 milyard dollar təşkil edib. Lakin bu il bu həcm 20 milyard dollara düşə bilər. Mənbə qeyd edib ki, Brüsselin Rusiya qazından imtina planları nəzərə alınmaqla, Aİ ilə Rusiya arasında ticarət sıfıra yaxınlaşacaq.
2025-ci ilin sonunda Aİ Şurası son 11 ildə tətbiq edilən Rusiya əleyhinə məhdudiyyətlərin 31 iyul 2026-cı ilə qədər uzadıldığını elan etdi. Aİ Ukraynadakı hadisələrə cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə 2014-cü ildə başlayıb və onlar 2022-ci ildə əhəmiyyətli dərəcədə genişləndirilib. Bu dəfə altı aylıq uzadılma mövcud 19 sanksiya paketinin hamısına təsir edib.
E.ŞİRİNOV