ABŞ prezidenti Donald Trampın İrana qarşı açıqlamaları hərbi təcavüzün real riskini göstərir.
Tezadlar.az bildirir ki, TASS agentliyi İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktuba istinadən xəbər verir.
“Bu sözlər hərbi təcavüzün real riskini göstərir və bunun nəticələri region üçün fəlakətli olacaq”, – diplomat vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid var.
E.ŞİRİNOV







