20 Fevral 2026 / 18:17

Su kəsintisi ilə bağlı rəsmi açıqlama

Fevral 22-si Sumqayıt, Abşeron və Qaradağın bəzi ərazilərində içməli su olmayacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Tezadlar.az-a bildirilib ki, magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə fevralın 22-dən saat 22:00-dan 24-ü gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!