Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Fevral 2026 / 12:17

Məşhur “El Menço” ləqəbli narkotik karteli öldürüldü – ABŞ kəşfiyyatının köməyi ilə

ABŞ kəşfiyyatı Meksika hakimiyyət orqanlarına “El Menço” ləqəbi ilə tanınan “Xalisko yeni nəsil” narkotik kartelinin rəhbəri Nemesio Ruben Osegera Servantesin izlənilməsinə və zərərsizləşdirilməsinə kömək edib.

Ağ Evin mətbuat katibi Kerolin Livit bildirib ki, narkotik baronu həm Meksika, həm də ABŞ hakimiyyəti tərəfindən hədəfə alınıb, çünki onun karteli ABŞ-a fentanilin ən böyük tədarükçüsüdür.

“Amerika Birləşmiş Ştatları, məşhur narkotik baronu və “Xalisko yeni nəsil” kartelinin lideri “El Menço”nun məhv edilməsi ilə nəticələnən Talpalpa əməliyyatında Meksika hökumətinə kəşfiyyat dəstəyi verib”, – deyə Livit özünün X sosial media səhifəsində yazıb.

“Amerika Birləşmiş Ştatları ərazimizə ölümcül narkotik qaçaqmalçılığı edən narkoterrorçuların çoxdan layiq olduqları ədalət qarşısında cavab vermələrini təmin etmək üçün əlindən gələni edəcək”, – Livit yekunlaşdırıb.

Təqaüddə olan ABŞ polkovnik-leytenantı Erl Rasmussen günün əvvəlində ABŞ-ın “El Menço”nu məhv etmək üçün Meksika ordusunun əməliyyatında iştirak etdiyini irəli sürmüşdü.

O, narkotik baronunun aradan qaldırılmasının regionda narkotik ticarətinin həcminə təsir etməyəcəyini və “Xalisko yeni nəsil” kartelinin Osegera Servantesin yerinə yeni liderlər qazanacağını qeyd edib. Ekspert vurğulayıb ki, narkotik ticarətini həqiqətən azaltmaq üçün ABŞ daxilində narkotikə olan tələbatı azaltmaq lazımdır.

Meksikanın ən böyük narkotik kartellərindən  olan “Xalisko yeni nəsil”in rəhbəri, “El Menço” kimi tanınan Nemesio Osegera Servantesin sui-qəsdi 22 fevralda elan edilib.

Qeyd edək ki, sui-qəsd ölkənin silahlı qüvvələrinin bölmələri tərəfindən həyata keçirilib.

Təhlükəsizlik qüvvələrinin hərəkətlərinə cavab olaraq kartel üzvləri Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalientes ştatları da daxil olmaqla bir neçə bölgədə magistral yolları bağlamağa başladılar.

Daha sonra Meksikada iğtişaşlar başladı. Cinayətkar qruplar hüquq-mühafizə orqanlarının əməliyyatlarını pozmaq üçün yolları bağlamağa və avtomobilləri yandırmağa başladılar.

Xalisko ştatında silahlı şəxslər Puerto Vallarta hava limanına basqın ediblər.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!