Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Fevral 2026 / 20:59

Xətai və 28 May stansiyalarında nəzarət artırılır

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, “Ana harayı” abidəsinin yaxınlığında yerləşən “Xətai”, eləcə də “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında nəzarət tədbirləri artırılacaq.

Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!