26 Fevral 2026 / 08:58

“Qarabağ”dan “Sent-Ceyms Park”da şərəfli məğlubiyyət

“Qarabağ”ın Çempionlar Liqası macərası sona çatdı və necə deyərlər, qapını da arxasınca möhkəm çırpdı…

Azərbaycan futbolunun flaqmanı “Qarabağ”, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında, İngiltərənin “Nyukasl” klubu ilə, dünən. yəni fevralın 24-ü gecəsi üz-üzə gəldi. İlk oyundakı böyük hesablı məğlubiyyətin (6:1) kölgəsində keçən matç, proqnozlaşdırıldığı kimi ingilislərin üstünlüyü ilə başlasa da, Ağdam təmsilçisinin göstərdiyi xarakter gecəyə damğa vurdu.

Kabus kimi başlanğıc: 6-cı dəqiqədə iki qol

Oyun “Qarabağ” üçün heç də ürəkaçan başlamadı. İtaliyalı hakim Davide Massanın start fiti ilə hücuma atılan “sağsağanlar”, cəmi bir neçə dəqiqə ərzində “Sent-Ceyms Park”ı ayağa qaldırdılar. 5-ci dəqiqə: Sandro Tonali meydan sahiblərini önə keçirdi. 6-cı dəqiqə: Şokdan ayılmağa macal tapmayan “Qarabağ” qapısında ikinci qolu gördü; Joelinton hesabı 2:0 etdi.

İlk hissənin bu tempdə keçməsi hamıda daha böyük hesablı məğlubiyyət qorxusu yaratsa da, Qurban Qurbanovun yetirmələri fasiləyə qədər müdafiədəki boşluqları qismən bərpa edə bildilər.

İkinci Hissə: “Qarabağ”ın geri dönüş cəhdi

Fasilədən sonra meydanda tamam başqa bir “Qarabağ” var idi. İkinci hissəyə daha cəsarətli başlayan komandamız, İngiltərə nəhəngini müdafiə olunmağa məcbur etdi.

Kamilo Durandan ümidli başlanğıc

2-ci hissənin başlanğıcında, 51 -ci dəqiqədə səhnəyə çıxan Kamilo Duran, rəqib qapısına yol taparaq, fərqi minimuma endirdi (2:1). Bu qol matça yeni bir nəfəs, ümid gətirsə də, “Nyukasl”ın cavabı gecikmədi və hesab 3:1 oldu.

Penalti dramı  Elvin Cəfərquliyevin   əzmkarlığı

57-ci dəqiqədə matçın ən maraqlı, ən dramatik anlarından biri yaşandı. “Nyukasl” futbolçusunun cərimə meydançasında əllə oynaması nəticəsində təyin olunan penaltini Marko Yankoviç yerinə yetirdi. Rəqib qapıçı zərbəni dəf etsə də, topa hamıdan tez çatan Elvin Cəfərquliyev rəqib qapısını silkələyərək hesabı 3:2-yə gətirdi.

Məğlubiyyətin o biri üzü: “Qarabağ” İngiltərədə xarakter nümayiş etdirdi

Qarabağturnirlə vidalaşsa da, İngiltərədəNyukaslkimi birkomandaya qarşı 2 qol vurmaq oyunun böyük bir hissəsində bərabərsəviyyəli mübarizə aparmaq təqdirəlayiqdir.

Nyukasl” 1/8 finala yüksələrək yoluna davam edir. Qarabağisə buvsümkü Avropa dastanını başı uca şəkildə tamamladı necə deyərlər, qapını da arxasınca möhkəm çırpdı.

Səbinə BAĞIROVA

IMG WA
IMG WA
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!