Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qırğızıstandakı bütün məscidlərdə dünyada sülhün bərqərar olması üçün dua edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin məlumatında bildirilir.
Qeyd edilib ki, Qırğızıstan Respublikasının alii müftisi Əbdüləziz Karı Zakirov dünya sülhü, ümmətin təhlükəsizliyi və vətənin bütövlüyü üçün dua edib.
Məlumatda deyilir ki, Qırğızıstan Respublikasının müsəlman icması rəhbərliyinin təşəbbüsü ilə müqəddəs Ramazan ayı ərzində bütün məscidlərdə İslam ümməti daxilində birlik və harmoniya, eləcə də İslam icmaları arasında anlaşılmazlıqların, düşmənçiliyin aradan qaldırılması üçün dualar oxunacaq.
Y.Məmmədli