2 Mart 2026 / 10:00

İrana hücumdan sonra Qırğızıstandakı məscidlərdə sülh üçün dua edilib

Qırğızıstandakı bütün məscidlərdə dünyada sülhün bərqərar olması üçün  dua edilib.

Tezadlar.az  xəbər verir ki, bu barədə Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin məlumatında bildirilir.

Qeyd edilib ki, Qırğızıstan Respublikasının alii müftisi Əbdüləziz Karı Zakirov dünya sülhü, ümmətin təhlükəsizliyi və vətənin bütövlüyü üçün dua edib.

Məlumatda deyilir ki, Qırğızıstan Respublikasının müsəlman icması rəhbərliyinin təşəbbüsü ilə müqəddəs Ramazan ayı ərzində bütün məscidlərdə İslam ümməti daxilində birlik və harmoniya, eləcə də İslam icmaları arasında anlaşılmazlıqların, düşmənçiliyin aradan qaldırılması üçün dualar oxunacaq.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!