Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İndoneziya bu gündən vətəndaşlarını Azərbaycan vasitəsilə İrandan təxliyə etməyə başlayacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyinin rəsmisi Heni Həmidah jurnalistlərə açıqlama verib.
“Təxliyə prosesi bu gündən etibarən mərhələli şəkildə başlayacaq və ilk mərhələ Azərbaycan vasitəsilə həyata keçiriləcək”,-deyə o bildirib.
Onun sözlərinə görə, 32 nəfərdən ibarət ilk qrupun bazar ertəsi və ya çərşənbə axşamı Cakartaya çatması gözlənilir.
Ümumilikdə İranda 329 İndoneziya vətəndaşı var və onların əksəriyyəti Qum şəhərində təhsil alan tələbələrdir.
trend