6 Mart 2026 / 12:49

İndoneziyalıların da təxliyəsi Azərbaycan vasitəsilə ediləcək – əksəriyyəti Qumda təhsil alanlardı

İndoneziya bu gündən vətəndaşlarını Azərbaycan vasitəsilə İrandan təxliyə etməyə başlayacaq.

Tezadlar.az  xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyinin rəsmisi Heni Həmidah jurnalistlərə açıqlama verib.

“Təxliyə prosesi bu gündən etibarən mərhələli şəkildə başlayacaq və ilk mərhələ Azərbaycan vasitəsilə həyata keçiriləcək”,-deyə o bildirib.

Onun sözlərinə görə, 32 nəfərdən ibarət ilk qrupun bazar ertəsi və ya çərşənbə axşamı Cakartaya çatması gözlənilir.

Ümumilikdə İranda 329 İndoneziya vətəndaşı var və onların əksəriyyəti Qum şəhərində təhsil alan tələbələrdir.

 

trend

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!