Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bir neçə ay öncə Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən azad edilmiş əməkdar mədəniyyət işçisi, Azərbaycan mətbəxini dünyaya tanıdan Tahir Əmiraslanov
Milli Mətbəx Muzeyi üçün topladığı yüzdən çox mənbə, kitab və əlyazmalarını yandırıb.
Kitablarını yandırması barədə paylaşımından sonra ona çoxsaylı suallar ünvanlanıb.
Məşhur kulinar səbəbi bu cür izah edib:
“”Bu gün İki post qoydum: Birində kitabımdan ədəbiyyatda oxşarı, bənzəri olmayan bir yazımı. 10 nəfər bəyənib. Heç rəy yoxdur. Digər postumda kitablarımın kiçik bir hissəsini yandırdığımı qoydum. 166 bəyənən nə 140-a yaxın şərh gəldi. Bir gözəl dostum Lənkərandan zəng elədi! O mənı anlamışdı.
Əzizlərim, siz oxumayacaqsınızsa niyə yazaq, niyə saxlayaq bu kitabları? Mənası nədir saxlamağın? Dostlar, bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram:
Qeyd edək ki, Tahir Əmiraslanov Azərbaycan mətbəxinin inkişafında, mili mətbəxin toplanmasında,qorunmasında ,qədim xörəklərin bərpasında ,dünyadakı təbliğatında, elmı təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətlərə malik ilk azərbaycanlı mütəxəsisdir. Məhz onun təklifi əsasında 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) yaradılıb və ilk gündən Tahir Əmiraslanov həmin təşkilata rəhbər təyin edilib.
Bir müddət öncə isə O, həmin vəzifəsindən azad edildi. Həmin vəzifəyə isə tanınmış jurnalist Orxan Fikrətoğlu təyin edildi. Məşhur kulinar vəzidən azad edilməsi barədə belə bir açıqlama vermişdi:
“Düzü heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir. Zəhmət olmasa, sözlərimi yozmayın.
JASMİN