Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Mart 2026 / 14:08

Bir millətin iradəsi: Dünyanın ən ölümcül silahlarından daha qüdrətli qüvvə

İranın Azərbaycanda Səfirliyindən Tezadlar.az -a verilən məlumatda deyilir:

Böyük dövlətlərin ən müasir hərbi texnika ilə mülki əhalini, hətta azyaşlı məktəbliləri qətlə yetirdiyi və bu cinayətkar əməlləri ilə qlobal tənzimləyici rolunda çıxış etməyə çalışdıqları müasir dünyada fundamental bir həqiqət yenidən özünü büruzə verir: Xalqların iradəsi. Bu iradə hər hansı texnoloji vasitədən və hərbi arsenaldan üstün olub, son taleyi müəyyən edən əsas amildir.

Dərin tarixi köklərə malik olan İran xalqı son illərdə ən ağır təzyiqlər, təhdidlər və düşmənçilik aktları ilə üz-üzə qalıb. Lakin bu ölkəni fırtınalar qarşısında ayaqda saxlayan təkcə hərbi texnika deyil, məhz kritik tarixi anlarda öz missiyasını layiqincə yerinə yetirən xalqın sarsılmaz iradəsidir.

Bu günlərdə İranın şiddətli bombardmanlara məruz qalan şəhərlərində fəhmli, müsəlman və vətənpərvər xalqın nümayiş etdirdiyi birlik və silahlı qüvvələrə verilən sarsılmaz dəstək bir həqiqəti bütün dünyaya bəyan edir: ABŞ və İsrailin təcavüzkar hücumları, dünyanın ən ölümcül silahları belə, köklü İran millətinin öz ərazi bütövlüyününü qorumaq əzmini əsla sarsıda bilməz.

İsrail və ABŞ-ın İran rəhbərliyini və digər mühüm simaları hədəf alan terror aktları, hadisələrin gedişatını planlaşdıranların istədiyi məcraya yönəldə bilmədi. Əksinə, bu cür hərəkətlər daxili həmrəyliyi gücləndirdi və xalqın motivasiyasını daha da artırdı. Bu fakt bir daha sübut edir ki, bir ölkənin real gücü fərdlərlə məhdudlaşmır, o, millətin kollektiv ruhunda gizlənib.

Bu gün İran sosial kapitalın və milli iradənin ön plana çıxdığı bir nöqtədə dayanıb və digər xalqlar üçün müqavimət nümunəsinə çevrilib. Təzyiqlər qarşısında geri çəkilməyən bu xalq təkcə qısamüddətli tənzimləmələri deyil, həm də öz ölkəsinin gələcək taleyini yenidən yazır. Tarix dəfələrlə sübut edib ki, vahid bir millətin iradəsindən daha güclü heç bir qüvvə yoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!