26 Mart 2026 / 18:25

İranın ABŞ planına rəsmi cavabı açıqlandı

İran vasitəçilər vasitəsilə ABŞ-ın münaqişənin həlli üçün təklif etdiyi 15 maddəlik plana rəsmi cavab verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbəsinə görə, İran cavabında ABŞ-ı terror və təcavüzə son qoymağa, müharibənin təkrarlanmasının qarşısını almaq üçün şərait yaratmağa, zərərin ödənilməsinə zəmanət verməyə və regionda hərbi əməliyyatları dayandırmağa çağırıb.

Mənbə vurğulayıb ki, İranın Hörmüz boğazı üzərində suverenliyi qorumaq üçün qanuni hüququ var və bu, bütün tərəflər tərəfindən tanınmalıdır. Tehran üçün aydındır ki, ABŞ danışıqlar elanları ilə “özünü sülhsevər və müharibəyə son qoymağa sadiq kimi təqdim etmək”, eyni zamanda neft qiymətlərini aşağı salmaq və İranın cənubuna quru hücumuna hazırlaşmaq üçün vaxt qazanmaq istəyir.

Bir müddət əvvəl Pakistanın xarici işlər naziri İshaq Dar ABŞ-İran danışıqlarının Pakistan mesajlaşması vasitəsilə aparıldığını bildirmişdi. O, ABŞ-ın 15 maddəlik plan təqdim etdiyini təsdiqləyib və Tehran tərəfindən nəzərdən keçirildiyini qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!