26 Mart 2026 / 21:38

Xilas olmaq üçün dənizdə gözlədi- İNANILMAZ

…Antalyanın Muratpaşa rayonunda kanoe ilə dənizə çıxan bir kişi tarazlığını itirərək suya yıxılıb və təxminən 3 saat dənizdə qalıb. Dəniz polisi tərəfindən xilas edilənə qədər üzərək sağ qalmağa çalışıb. Türkiyə mediasının yazdığına görə, hadisə bu gün saat 14:00 radələrində Muratpaşa rayonunda, Atatürk parkının qayalıqları yaxınlığında qeydə alınıb. Bildirildiyinə görə, kanoe ilə dənizə çıxan Turqay külək səbəbindən tarazlığını itirərək suya yıxılıb. O, bu vaxt təlim məşqləri keçirən Antalya Polis İdarəsi Dəniz Limanı şöbəsinin əməkdaşları tərəfindən görülərək xilas edilib. Beləliklə, kişi sahilə çıxarılıb.

 Dənizdə olduğu müddətdə soyuqladığı müşahidə edilən T.Turqay sahildəki 112 Təcili Yardım Xidməti qruplarına təhvil verilib. Təcili yardım maşınında profilaktik yardım göstərildikdən sonra isə onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Hazırladı: Zeynəb Əliqızı

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!