Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünəndən yağan aramsız yağışlar Bakının müxtəlif ərazilərindəki drenajsız küçələri gölməçələrə döndərdi… Tezadlar.az xatırladıri, bu dəqiqələrdə də yağan yağışlar paytaxtda bir sıra ərazilərdə ciddi fəsadlar yaradıb. Xüsusən də yağış suları şəhərin müxtəlif küçə və prospektlərindəki çökək ərazilərə toplanaraq hərəkəti çətinləşdirib. Xüsusilə piyadalar üçün vəziyyət daha da mürəkkəbləşib – səkilərin su altında qalması onların hərəkətinə mane olub. Bəzi ərazilərdə yağış sularının kanalizasiya sisteminə axıdılmasında çətinliklər yaranıb, nəticədə küçələrdə gölməçələr əmələ gəlib. Sürücülər də su ilə dolu yollarda hərəkət edərkən çətinliklərlə üzləşiblər.
Bütün bunlara baxmayaraq, aidiyyəti qurumlar vəziyyəti normallaşdırmaq üçün səylərini artıraraq çalışır. Lakin Bakıda drenaj sisteminin olmaması və paytaxtda göydələnlərin sayının durmadan artması, 40-50 il əvvəl salınmış kanalizasiya xətlərinin yenilənməməsi səbəbindən son 20 ildə vəziyyət belə davam edir.
A.Məmmədli
