29 Mart 2026 / 08:29

Hökumət binalarında işıqlar 1 saatlığa söndürüldü- ŞOK SƏBƏB

…Gürcüstanda qeyri-adi hadisə: hökumət qlobal ekoloji kampaniyaya – “Yer Saatı”na qoşulub. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, kampaniya dünyada milyonlarla insanın bir saatlıq elektrik enerjisini söndürməsini əhatə edir və Gürcüstan hər il buna qoşulur. Bildirilir ki, Gürcüstan bu il kampaniyaya on səkkizinci dəfə qoşulub.

Qeyd edək ki, Yer saatı — Ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir. Hər ilin mart ayının axırıncı şənbə günü keçirilir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir (WWF) tərəfindən The Sydney Morning Herald qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. 2009-cu ildə isə geniş hərəkata çevrilib. WWF-nin məlumatına görə bu addımı hər il 1 milyard əhali həyata keçirir.

Azərbaycanda belə bir kampaniyaya hələki rəsmi keçid yoxdur! Yəqin ona görə ki, Azərbaycan daha çox enerji istehsalçısıdır… Həm də “yaşıl enerji” istehsalçısı!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!