Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Tezadlar.az xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilsin”.







