Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Baş naziri Nikol Paşinyana zərbə endirmək cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib. “Bugünkü hadisədən sonra Daxili İşlər Nazirliyinin polis əməkdaşları xuliqanlıq, vəzifəli şəxsin qanuni rəsmi və siyasi fəaliyyətinə müdaxilə şübhəsi ilə üç nəfəri saxlayıblar”, – deyə o bildirib. Onun sözlərinə görə, bütün saxlanılanlar İstintaq Komitəsinə təhvil verilib. Daha əvvəl bildirilib ki, Baş nazir bazar günü İrəvandakı Müqəddəs Anna kilsəsində keçirilən liturgiyadan sonra oranı tərk edərkən bir nəfər ona zərbə endirməyə çalışıb. Hadisə ilə bağlı iki nəfər saxlanılıb.