“ABŞ İranın Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmasına imkan verməyəcək”. Tezadlar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “ABC News” telekanalına müsahibəsində bildirib. Sitat: “Onlar (İran hakimiyyəti – red.) Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmaq, keçid haqqı sistemi tətbiq etmək və s. ilə hədələyir. Bu baş verməyəcək və prezidentin (ABŞ Prezidenti Donald Trampın – red.) bunun qarşısını almaq üçün istifadə edə biləcəyi bir sıra variantları var”, – Rubio vurğulayıb.
İran isə ABŞ- ın körfəz ölkələrindəki hərbi bazalarını vuracağı ilə hədələyib.







