Əsas məzmuna keç

Qaraməryəm-İsmayıllı-Şəki yolunda faciə: 2 ölü, 2 yaralı var…

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 75

Martın 31-i, səhər saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Tezadlar.az DİN-ə istinadla xəbər verir ki, Qəbələ rayon sakini Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər – 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qız hadisə yerində vəfat edib. Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan da xəsarət alıb. Qəzaya düşənlər bir ailənin üzvləridir. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır və qəzanın əsl səbəbi dəqiqləşdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…