…İki ölkə arasında müharibə dərinliklərə uzanır, hər iki ölkənin sadə vətəndaşları qorxu və həyəcan içindədir, səksəkədədir… Tezadlar.a “Komsomolskaya pravda”ya istinadla bildirir ki, bir neçə saat əvvəl Tatarıstanın Nijnekamsk şəhərində Rusiyanın nəhəng neft emalı zavodunda partlayış baş verib. Rusiya FHN-nin yaydığı rəsmi xəbərinə görə, partlayış nəticəsində 2 nəfər ölüb, 72 nəfər yaralanıb. Səkkiz nəfər xəstəxanaya yerləşdirilib, 64 nəfər isə yüngül xəsarət alıb.
Rəsmi Kreml bunu terror aktı kimi qiymətləndirib və Ukrayna Xüsusi Xidmət Orqanının əli olduğunu ehtimal edir. Araşdırma gedir…
A.Məmmədli







