Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xarazi və həyat yoldaşına edilən hücuma cavab olaraq, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Amerika şirkətinin Oracle məlumat mərkəzi və İT infrastrukturunun hədəfə alındığı bildirilib.
Tezadlar.az bildirir ki, İranın xəbər agentliyi IRNA məsələ ilə bağlı İnqilab Keşikçiləri Korpusunun yazılı açıqlamasını dərc edib.
“Əvvəllər General Fətəli Zadənin sui-qəsdinə cavab olaraq, Amerika şirkətinin Amazon-un bulud hesablama infrastrukturu məhv edilmişdi. Bu gün isə Xarazi və həyat yoldaşının sui-qəsdinə cavab olaraq, BƏƏ-dəki Amerika şirkətinin Oracle-ın məlumat mərkəzi və İT infrastrukturu hədəfə alınıb”, – məlumatda deyilir.
Qeyd edilib ki, İran əvvəllər iranlıları hədəf alan sui-qəsdlərə cavab olaraq ABŞ-İsrail ittifaqının əsas elementləri olan informasiya texnologiyaları və süni intellekt sahələrində casusluq şirkətlərini hədəfə alacağını açıqlamışdı.
1 apreldə ABŞ-İsrail arasında İrana edilən hücumlarda Xarazinin Tehrandakı iqamətgahı hədəfə alınıb, nəticədə, keçmiş xarici işlər naziri ağır yaralanıb, həyat yoldaşı isə ölüb.
E.ŞİRİNOV