6 Aprel 2026 / 11:58

Universitetdə imtahanlar ləğv edili-TƏCİLİ

Gözlənildiyi kimi, əlverişsiz hava şəraiti səbəbindən Xəzər Universitetində bu gün üçün nəzərdə tutulan imtahanlar ləğv edilib. Tezadlar.az xəbər verir ki, universitetdə bu gün keçirilməsi planlaşdırılan imtahanlar ləğv olunub. Eyni zamanda bildirilib ki, dərslər fasiləsiz davam etdiriləcək, lakin tədris prosesi onlayn formatda təşkil olunacaq. Qərarın tələbələrin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edildiyi qeyd olunub. Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra sahələrə təsir göstərməkdə davam edir.

Xatırladırıq ki, “Təzadlar”a daxil olan məlumata görə, bəzi orta məktəblərdə də aşağı siniflərdə dərslər ləğv edilib.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!