Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Masazır qəsəbəsində qətlə yetirilən iki qadınla bağlı yeni təfərrüat məlum olub. Tezadlar.az DİN- ə istinadla bildirir ki, hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib. Bu da bəs etməyib, qatil hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub. O da bəlli olub ki, 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçübmüş. O, bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış. Dünən axşam saatlarında onlar arasında dava olub. Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası qızı, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub. Qadın qohumundan kömək istəyib. P.Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirildiyini görüb. Həmin şəxs qətli görən və Nuranəyə köməyə gələn Pərişanı da qətlə yetirib və hadisə yerindən qaçıb.
Polis qatilin axtarışındadır, onun bu dəqiqələrdə saxlanıldığı deyilir…
Əlavə məlumat veriləcək.