14 Aprel 2026 / 09:25

İsrail İrandan sonra Türkiyəni növbəti rəqib elan edə bilərmi?

Maraqlı məqam üzə çıxır: Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, İsrail gələcəkdə Türkiyəni yeni rəqib kimi təqdim etməyə çalışa bilər. Tezadlar.az xəbər verir ki, nazirin sözlərinə görə, İsrailin öz mövcudluğunu qorumaq üçün “düşmən obrazına” ehtiyacı var və bu səbəbdən İranla yanaşı Türkiyəni də hədəf seçə bilər. Fidan İsrailin Suriyaya hücumlarına da toxunaraq bildirib ki, Ankara bu ölkədə ciddi problemli zona görür və bu vəziyyət Türkiyə üçün böyük risk yaradır.
Nazir qeyd edib ki, hazırda İsrail İranla davam edən münaqişə səbəbindən Suriyaya qarşı müəyyən addımlar atmır, lakin bu, gələcəkdə belə addımların atılmayacağı anlamına gəlmir: “İranda davam edən müharibəyə görə o, hazırda bəzi hərəkətləri etmir, amma bu o demək deyil ki, etməyəcək. Vaxtı gələndə bunu etmək istəyəcək”, – deyə Hakan Fidan vurğulayıb.

 Türkiyənin xarici siyasət rəhbəri, həmçinin Yunanıstan, Kipr və İsrailin iştirak etdiyi regional əməkdaşlıq formatlarını tənqid edib. Onun fikrincə, bu təşəbbüslər bölgədə gərginliyi azaltmaq əvəzinə daha da artırır.

Amma İsrail ən azı NATO üzvü olan Türkiyəyə qarşı bu iddiada ola bilməz. Əgər Türkiyə də İsraili özünə düşmən saymasa…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!