Əsas məzmuna keç

Futbol dünyasına itki: tanınmış qapıçı dünyasını dəyişdi

İtaliyanın “Yuventus” və İngiltərənin “Arsenal” klubunun sabiq qapıçısı Aleks Manninqer vəfat edib.

Tezadlar.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı avstriyalı avtomobilinin qatarla toqquşması nəticəsində həyatını itirib.

Hadisə Avstriyanın Zaltsburq şəhərində baş verib.

Xatırladaq ki, Avstriya yığmasının heyətində 33 matça çıxmış Aleks Manninqer “Arsenal”la İngiltərə Premyer Liqasının, “Yuventus”la İtaliya A Seriyasının qalibi olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…