16 Aprel 2026 / 20:17

Oyun bitən kimi hakimə hücum çəkən Arda Gülər birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı

“Real”ın yarımmüdafiəçisi Arda Güler UEFA Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə cavab oyunundan (3:4) sonra qırmızı vərəqə alıb.

Tezadlar.az xəbər verir ki, türkiyəli futbolçu baş hakim Slavko Vinçiçin Eduardo Kamavinqaya verdiyi qırmızı vərəqə qərarına etiraz etdiyi üçün meydandan qovulub. Həmin epizoddan sonra madridlilər iki qol buraxaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Güler ilk hissədə dubl edib, 90-cı dəqiqədə isə əvəzlənib.

İlk oyunda da “Real”a qalib gələn (2:1) “Bavariya” yarımfinala yüksəlib və bu mərhələdə PSJ ilə qarşılaşacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!