Əsas məzmuna keç

İngiltərə nəhəngi Ardanı yaxından izləməyə başlayıb

bdbae ad c bbfee

Türkiyə millisinin və “Real”ın yarımmüdafiəçisi Arda Gülər İngiltərə Premyer Liqasında karyerasını davam etdirə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, gənc futbolçunun transferində “Arsenal” maraqlıdır. “Topçular” yay transfer pəncərəsində Güləri heyətinə qatmaq üçün cəhd etməyi planlaşdırır.

“Real”la Arda Gülər arasında mövcud müqavilə 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Türkiyəli futbolçunun bazar dəyəri 90 milyon avro olaraq qiymətləndirilir.

Cari La Liqa mövsümündə Gülər 31 oyunda iştirak edib, 4 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…