Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Portuqaliyalı hücumçu, “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 29-cu turunda “Əl İttifaq”a qarşı keçirilən oyunun gedişində özünü pis hiss edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Əl-Nəsr”in baş məşqçisi Xorxe Jezus məlumat verib.
Onun sözlərini “Record” qəzeti yayıb.
Ronaldo oyunda 89 dəqiqə meydanda olub.
“Fasilədə onun mədə ilə bağlı problemləri yarandı. O, oyunu davam etdirməkdə israr etdi. Matçdan sonra paltardəyişmə otağına qayıtdıqda isə qusdu,” – deyə Jezus bildirib.