Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyalı sabiq futbolçu Toni Kroos “Real” klubuna yeni rolda qayıda bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Onda Cero” məlumat yayıb.
Madrid təmsilçisi Kroosun komanda ilə rəhbərlik arasında əlaqələndirici rol oynamasını istəyir. Ehtimala görə, o, Avropada geniş yayılmış texniki koordinator vəzifəsinə təyin edilə bilər.
Kroos futbolçu kimi 2014–2024-cü illərdə “Real”da çıxış edib. Bu müddətdə o, 465 oyunda iştirak edib, 28 qol vurub və 99 məhsuldar ötürmə ilə yadda qalıb.