“Qarabağ” yayda “İmişli”nin qolkiperini heyətinə qatmayacaq.
Tezadlar.az xəbər verir ki, Ağdam təmsilçisinin onunla maraqlanması iddia edilsə də, klubun transfer siyahısında belaruslunun adı yoxdur.
Qeyd edək ki, 29 yaşlı qapıçının “İmişli” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
O, bundan əvvəl “Smorqon”, “Lida”, “İsloç”, “İrəvan” klublarında çıxış edib.







