Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Türkiyə Trendyol Süper Liqasının 30-cu həftəsində “Qalatasaray” səfərdə “Genclerbirliği”nin qonağı olub. Gərgin keçən mübarizə İstanbul təmsilçisinin üstünlüyü ilə başa çatıb.
Ankarada baş tutan qarşılaşmada “Qalatasaray” meydanı 3 xalla tərk etməyi bacarıb. Matçın yekun hesabı 1-2 qonaqların xeyrinə olub. Bu qələbə ilə “sarı-qırmızılılar” çempionluq yarışında kritik bir addım ataraq xal ehtiyatını artırıblar.
Oyun boyu üstünlüyü əldə saxlamağa çalışan Okan Burukun yetirmələri, rəqib müdafiəsini iki dəfə yarmağa nail olublar. Meydan sahibləri bir qol vursa da, hesabı bərabərləşdirmək üçün bu, kifayət etməyib. İkardi və komanda yoldaşlarının qələbə sevinci “Qalatasaray” azarkeşləri tərəfindən böyük coşğu ilə qarşılanıb.
Klubun rəsmi sosial media hesablarında “3 puan bizim!” başlığı ilə paylaşılan nəticə, komandanın turnir cədvəlindəki mövqeyini daha da möhkəmləndirdiyini göstərir. Artıq bütün diqqətlər növbəti həftənin oyunlarına yönəlib.
Səbinə Bağırova