19 Aprel 2026 / 11:21

Lempard geri döndü: Premyer Liqada yeni rəqib

Növbəti mövsüm üçün İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk klub müəyyənləşib.

Tezadlar.az xəbər verir ki, bu, “Koventri Siti” olub. Sözügedən komanda Çempionşipin 43-cü turunda “Blekbörn”lə heç-heçə edib və xallarının sayını 86-ya çatdırıb. “Koventri Siti” sona 3 tur qalmış 3-cü yerdəki “Milluol”u 13 xal qabaqlayıb.

Bununla da Frenk Lempardın komandası Premyer Liqaya vəsiqəni rəsmiləşdirib. Beləliklə, “Koventri Siti” 25 il sonra ilk dəfə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!