Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bir müddət əvvəl Binəqədi rayonundakı “İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə istintaq nöqtələnib. Məlum olur ki, tərəflər arasında artıq barışıq əldə olunub və zərərçəkmiş müəllim öz şagirdinin günahından keçib. Barışığı təsdiq edən rəsmi sənəd artıq Binəqədi Polis İdarəsinə və rayon Prokurorluğuna verilib.
Məsələ ondadır ki, şagirdin psixoloji vəziyyətini təsdiqləyən ekspertiza rəyi də istintaqa verilib. Həkim rəyinə əsasən, şagirddə psixi pozuntu müəyyən edilib. Bu isə o deməkdir ki, şagirddə müəyyən dərəcədə psixi problemlər varmış. Qısası, prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd: güllələnmə hadisəsi bu ilin fevralında “İdrak” liseyində baş verib, 10-cu sinif şagird atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda, şagirdi 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Beləliklə, son qərar məhkəmənin üzərində qalır.
SƏBUHİ