Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Aprel 2026 / 15:26

Nəriman Axundzadəyə okeanın o tayında maraqlı dəstək – VİDEO

Azərbaycanlı futbolçu Nəriman Axundzadənin ABŞ macərası maraqlı görüntülərlə yadda qalmağa davam edir.

Tezadlar.az xəbər verir ki, MLS-də (ABŞ yüksək futbol liqası) “Kolombus Kryu”nun formasını geyinən gənc hücumçumuz növbəti matçda həmyerlilərimizin xüsusi diqqəti ilə qarşılaşıb.

Matçı izləməyə gələn azərbaycanlı azarkeşlər tribunadan Nərimana səslənərək ona olan sevgilərini və dəstəklərini orijinal formada ifadə ediblər. Görüntülərdə azarkeşlərdən birinin futbolçuya: “Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik!” – deyə səslənməsi həm meydandakıların, həm də sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Qeyd edək ki, Nəriman Axundzadə sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində meydana daxil olub. Okeanın o tayında milli mətbəximizin adının çəkilməsi və futbolçumuza göstərilən bu səmimi münasibət böyük rəğbətlə qarşılanıb.

Səbinə Bağırova 

VID_20260420_041947_532

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!