Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Misli Premyer Liqasında son 10 mövsümün tamaşaçı rekordu yenilənib.
Tezadlar.az xəbər verir ki, rekord göstərici çempionatın XXVIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” qarşılaşmasında qeydə alınıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan gərgin mübarizəni tribunlardan tam 17 min 338 azarkeş izləyib.
Maraqlıdır ki, bundan əvvəlki rekord da məhz bu komandaların elə həmin stadiondakı görüşünə təsadüf etmişdi. Belə ki, XXII turda baş tutan və 3:3 hesabı ilə bitən dramatik oyunu 10 min 361 azarkeş seyr etmişdi. Beləliklə, son qarşılaşmada bu rəqəm xeyli dərəcədə üstələnib.
Statistik göstəricilərə görə, bu nəticə həm də son 10 mövsümün ən yüksək rəqəmidir. Azərbaycan çempionatlarında bundan daha çox azarkeş sayı sonuncu dəfə 2015/16 mövsümündə qeydə alınıb. 2016-cı ilin fevralında Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununu 20 min 400 nəfər tamaşaçı izləmişdi.
Tribunalardakı bu izdiham ölkə futboluna olan marağın getdikcə artdığının və azarkeşlərin doğma klublarına olan sadiqliyinin bariz nümunəsidir.
Səbinə Bağırova
