20 Aprel 2026 / 18:25

Lempard ilin məşqçisi seçildi

“Koventri”nin baş məşqçisi Frank Lempard 2025/26 mövsümündə Çempionşipin ilin məşqçisi seçilib.

Tezadlar.az xarici mediaya istinadən biuldirir ki, bu barədə İngiltərə Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Daha əvvəl 47 yaşlı ingilis məşqçinin rəhbərliyi altında “Koventri” gələn mövsüm Premyer Liqada mübarizə aparmaq şansını təmin edib.

Komanda sonuncu dəfə İngiltərənin yüksək liqasında 2000/01 mövsümündə oynayıb.

Xatırladaq ki, Lempard 2024-cü ilin noyabr ayından bəri “Koventri”yə rəhbərlik edir.

“Koventri” hazırda Çempionşip turnir cədvəlində 43 oyundan 86 xalla birinci yerdədir və ən yaxın rəqiblərindən on xal irəlidədir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!