21 Aprel 2026 / 14:18

Sabiq baş prokuror “Ramiz Mehdiyev işi”nə görə istintaqa cəlb edilib?

Bir müddətdir həbsdə olan keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barədə istintaqı aparılan cinayət işi üzrə dindirildiyi barədə +bəzi elektron mediada məlumatlar paylaşılıb. Qeyd edilir ki, Həsənovun hazırda cəza çəkdiyi 9 saylı həbsxanadakı mənbə məlumat verib. Bildirilir ki, E.Həsənov bir aya yaxındır Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına aparılıb və iş üzrə dindirilir.
***
Eldar Həsənov 2022-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!